Bizi sosial şəbəkələrdən izləyin:
Müğənni Xatirə İslam efirdə dediyi "Ailəmdən diqqət görmürəm" sözlərinə görə peşman olub.
Sənətçi əslində həmin fikirlərinin yanlış olduğunu deyib. Bildirib ki, həyat yoldaşı Fəxrəddin hər zaman ona diqqət göstərib:
"Özümə dedim ki, nə qədər ədalətsiz cavab verdim? Haqqa girdim. Çalışın məni səhər verilişlərinə çağırmayın. Başım ayıq olmur. Demək istədiyimi kəskin deyirəm. Gül almayıb, əvəzinə başqa hədiyyə alıb. Adam bir gülə görə belə deyər? Fəxrəddin videonu görəndə deyəcək ki, burnundan gəlsin. Dostlarım yazıb ki, nə vaxt sənə diqqətsizlik etmişik, gülsüz qoymuşuq? Niyə elə demişəm bilmirəm". (Axşam.az)