Bizi sosial şəbəkələrdən izləyin:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin tərəfindən “Opel” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Yaxınlıqda yerləşən obyekt və yaşıllıq sahə yanğından mühafizə olunub.