Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyanın paytaxtı Moskvanın Vnukovo hava limanında Bakıya uçuşu gözləyən azərbaycanlı sərnişinlər çətin vəziyyətlə üzləşiblər.
Moderator.az xəbər verir ki, hava limanında qalan soydaşlarımız bu barədə Baku.ws-ə məlumat veriblər.
Onların sözlərinə görə, Bakı istiqamətində olan reyslər ləğv edilib. Buna baxmayaraq, sərnişinlərin aldıqları biletlərin pulu geri qaytarılmır.
Sərnişinlər bildiriblər ki, onlara biletlərin etibarsız sayıldığı və yenidən bilet almalarının tələb olunduğu deyilir.
"Bizə bildirirlər ki, aldığımız biletlər batıb. Pulumuzu geri qaytarmırlar və deyirlər ki, yenidən bilet almalıyıq. Xahiş edirik, bizə kömək göstərilsin. Çıxılmaz vəziyyətdə qalmışıq", - deyə sərnişinlər qeyd ediblər.