Qərbi Azərbaycan Xronikası:
1571
08 Jan 2026 | 08:15

Qərbi Azərbaycan Xronikası: "Hay etnogenezi mifdir və süni tarixi prosesdir" - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
 
Verilişdə Qafqaz Tarixi Mərkəzinin rəhbəri, tarixçi Rizvan Hüseynov hayların kimliyi və "Erməni məsələsi"nin 200 illik kökü haqqında danışıb.
 
O bildirib ki, "Ermənistan"la "Hayastan" eyni anlayış deyil: "Antik mənbələr hayları tanımır. "Ermənistan" anlayışı sonradan yaranıb və millət adı kimi təqdim edilib. Hay etnogenezi mifdir və süni tarixi prosesdir. Armen adlı qəhrəman mifini Ermənistan üçün siyasi terminə çeviriblər. Hay kimliyi İslam dövründə formalaşıb. İslamdan öncə haylara dair aydın mənbə yoxdur. Hay-erməni fərqi qəsdən gizlədilir. Kilsənin "ölü dil" üzərində qurulan tarixi etibarlı deyil".
 
Onun sözlərinə görə, erməni etnogenezində müxtəlif xalqlar iştirak edib: "Hayların formalaşmasında Avropa xətti, xüsusilə Balkan izi var. DNT analizləri hayların mənşəyi haqqında çox məlumat verir. Ərəb, Osmanlı-Bizans və İran təsiri hay kimliyində görünür".
 
Tarixçi deyib ki, musiqi, geyim və mətbəx hay mədəniyyətinin saxtalığını göstərir və erməni mədəniyyəti qonşu xalqlardan toplanıb.
 
R.Hüseynov 360-a yaxın xalqın yaşadığı coğrafiyanın "erməni torpağı" elan edilməsi, Kilikya çarlığının erməni dövləti olub-olmaması, yoxsa regional konstruksiya olması, eləcə də kiçik etnik qrup üçün böyük tarixin necə icad edilməsi məsələlərinə aydınlıq gətirib.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər