Yol polisi arxa duman fənərlərindən istifadə edən sürücünü saxladı - VİDEO
1943
07 Jan 2026 | 17:03

Yol polisi arxa duman fənərlərindən istifadə edən sürücünü saxladı - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təbliği və təşviqi məqsədilə profilaktik tədbirləri davam etdirir.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, budəfəki tədbir zamanı məhdudiyyətli görünmə şəraiti olmadığı halda arxa duman fənərlərindən istifadə edən sürücü saxlanılıb və ona qanunvericiliyin tələbi izah olunub.
 
"Bir daha hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir!" - deyə məlumatda qeyd olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər