Tərtərdə
1911
07 Jan 2026 | 16:35

Tərtərdə "QAZel" yandı - VİDEO

Tərtər şəhəri, Rasim Mürsəlov küçəsində avtomobildə yanğın baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
 
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "QAZel" markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində avtomobilin kabinə və mühərrik hissəsi yanıb.
 
Hadisə zamanı xəsarət alan olmayıb.
 
Avtomobilin qalan hissəsi və yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər