Qazaxda yanacaq daşıyan avtomobildə yanğın oldu, ölən var - FOTO/VİDEO - YENİLƏNİB
2926
07 Jan 2026 | 15:28

Qazaxda yanacaq daşıyan avtomobildə yanğın oldu, ölən var - FOTO/VİDEO - YENİLƏNİB

Şəxsin avtomobildə baş vermiş partayış nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.
 
Bu barədə Moderator.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
 
Qazax şəhər sakini 1994-cü il təvəllüdlü Şəmil İbrahimovun Qazax Neft Baza Sahəsinin həyətində “MAN” markalı avtomobildə baş vermiş partlayış nəticəsində ölməsi faktı üzrə Qazax rayon prokurorluğunda araşdırma aparılır.
 
14:06
 
Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.
 
Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.
 
Hadisə nəticəsində ölən şəxsin Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimov olduğu bildirilir.
 
13:50

Qazax rayon, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə partlayış olub.  

Moderator.az xəbər verir ki, hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma başlanılıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər