Namiq Məna qızı, kürəkəni və nəvəsinin düşdüyü ağır qəzadan danışdı - VİDEO
1622
06 Jan 2026 | 08:28

Namiq Məna qızı, kürəkəni və nəvəsinin düşdüyü ağır qəzadan danışdı - VİDEO

Tanınmış meyxana ustası Namiq Mənanın qızı, kürəkəni və nəvəsinin Qubada qəzaya uğraması ilə bağlı yeni detallar məlum olub.
 
Sənətçi hadisə barədə "Xəzər Axşamı" verilişinə telefon bağlantısı zamanı danışaraq qorxulu anları belə nəql edib:
 
"Təbiət hadisələrindən kimsə sığortalanmayıb. İki-üç gün bundan öncə uşaqlar Qubaya getmişdilər. Həmin vaxt hava şaxtalı idi, yerlər buz bağlamışdı. Bir az kürəkənimin, belə deyək, səriştəsizliyindən maşını aşırdı. Çox şükür olsun ki, xəsarət alan olmadı. Amma maşın dərədən xeyli məsafədə aşağı yuvarlanmışdı. Onları Allah qoruyub. Nəvəmin 12 yaşı var. Həmin vaxt o, Qubanın füsunkar təbiətini telefonu ilə lentə almaq istəyib və təsadüfən bu hadisə də kadrlara düşüb. Şükürlər olsun ki, heç birində ciddi xəsarət yoxdur".
 
Namiq Məna çətin anlarda köməyə çatan Quba sakinlərinə minnətdarlığını ifadə edib:
 
"Quba ictimaiyyətinə çox təşəkkür edirəm. Hadisə baş verən anda hamı yığışıb gəlib. Maşında xanım olduğunu görüb hətta ailələri ilə yaxınlaşıblar ki, evlərinə aparsınlar. Mən bu insanlığı, bu hadisəni ömür boyu unutmaram".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər