Qadağan olunmuş əraziyə kim və niyə girir? - Dəhşətli partlayış olan sahədə qorxunc vəziyyət
1382
05 Jan 2026 | 14:48

Qadağan olunmuş əraziyə kim və niyə girir? - Dəhşətli partlayış olan sahədə qorxunc vəziyyət

Ağdam rayonunda minalanmış ərazidə təhlükəli vəziyyət qeydə alınıb.
 
Baku TV-nin çəkilişi zamanı bir neçə mülki şəxs hərəkət qadağan edilmiş sahəyə daxil olub. ANAMA əməkdaşları dərhal müdaxilə edərək vətəndaşları ərazidən uzaqlaşdırıblar.
 
Məlumata görə, sözügedən ərazi rəsmi olaraq təhlükəli zona hesab olunur. Burada minatəmizləmə işləri aparılmayıb və mülki vətəndaşların girişi qəti şəkildə qadağandır.
 
Qeyd olunub ki, dekabrın 17-də məhz bu ərazidə mina partlayışı baş verib. Hadisənin izləri hələ də açıq şəkildə müşahidə olunur. Partlayış nəticəsində traktor tamamilə yararsız hala düşüb. Texnikanın təkəri hadisə yerindən təxminən 30-35 metr kənara düşüb.
 
Həmçinin vurğulanıb ki, bu cür ərazilərə qanunsuz giriş ilk növbədə vətəndaşların həyatı üçün ciddi təhlükə yaradır. Eyni zamanda bu, minatəmizləmə işlərinə də ciddi maneə törədir. Belə hallarda ANAMA əməkdaşları yaxın ərazilərdə işlərini dayandıraraq təcili şəkildə hadisə yerinə getməli olurlar.
Link kopyalandı!
Son xəbərlər