Şabranda evinin tavanı çökən sakin:
1344
05 Jan 2026 | 11:25

Şabranda evinin tavanı çökən sakin: "Qonşular səsimizi eşidib bizi xilas etdilər"

Şabranda mənzilin tavanı çöküb.
 
Hadisə şəhərin dəmir yolu stansiyası ətrafında yerləşən ikimərtəbəli çoxmənzilli binalardan birində baş verib. Mənzilin tavan hissəsinin sakinlərin üzərinə çökməsi nəticəsində bir neçə nəfər yüngül xəsarətlər alıb.
 
Zərərçəkən Məleykə Hüseynova bildirib ki, hadisə səhər saatlarında baş verib:
 
"Səhər saatlarında birdən-birə tavan çökdü. Evin içində dumandan bir-birimizi görə bilmirdik. Qapı açılmırdı, qonşular səsimizi eşidib bizi xilas etdilər".
 
Şabran Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hadisə istismar müddəti başa çatan binalardan birində qeydə alınıb. Bildirilib ki, bina İcra Hakimiyyətinin balansında olmasa da, əvvəlki illərdə burada təmir işləri aparılıb:
 
"Hadisə ilə əlaqədar rayon Fövqəladə Hallar Komissiyası tərəfindən binaya baxış keçiriləcək, ailəyə köməklik göstərilməsi məqsədilə müvafiq qurumlara müraciət ediləcək".
 
Faktla bağlı araşdırma aparılır.
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər