Maduroya görə etirazlar başladı - VİDEO
1388
04 Jan 2026 | 19:41

Maduroya görə etirazlar başladı - VİDEO

ABŞ-nin Venesuelaya hücumuna və prezident Nikolas Maduro ilə həyat yoldaşının həbsinə cavab olaraq fəallar Amsterdam, Madrid və Berlin küçələrinə çıxıblar.
 
Moderator.az xəbər verir ki, nümayişçilər şəhərlərindəki ABŞ səfirliklərinin qarşısında toplaşaraq, üzərində Maduronun şəkli olan plakatlar daşıyırlar.
 
Onlar əllərində "Venesueladan əl çəkin!", "Beynəlxalq ədalətdən qaça bilməzsiniz!" və "Latın Amerikası ABŞ-yə məxsus deyil" yazılı plakatlar tuturlar. Etirazçılar həmçinin "Onu buraxın! (Maduro)!" və "Yankilər, evlərinizə gedin!" şüarları səsləndirirlər.

 

Link kopyalandı!
Son xəbərlər