Bizi sosial şəbəkələrdən izləyin:
Quba rayonunda yağan qar səbəbilə KIA markalı avtomobil idarəetmədən çıxaraq qayadan aşıb. Avtomobildə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub.
Moderator.az bakupost.az-a istinadla xəbər verir ki, hadisə avtomobildə olan uşaq tərəfindən anbaan lentə alınıb.
Sonradan qəzaya düşən avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu məlum olub.
Yaydığımız videogörüntülərdə qışqıran qadın meyxanaçının qızı, hadisəni çəkən azyaşlı uşaq isə Namiq Mənanın nəvəsidir.
Məlumata görə, Namiq Mənanın qızı ixtisasca ingilis dili müəllimidir və hazırda məşhur liseylərindən birində pedoqoji fəaliyyət göstərir.