Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz kimi, Venesuela prezidenti Nikolas Maduro amerikalılar tərəfindən saxlanılıb.
Moderator.az xəbər verir ki, ABŞ və Venesuela arasında baş verən diplomatik böhran beynəlxalq ictimaiyyəti şoka salıb.
Belə ki, ABŞ lideri Donald Tramp dəfələrlə açıq bəyanat yayaraq Venesuela hökumətini narkotik ticarətindən çəkindirməyə çalışıb. Əks təqdirdə isə hücumla hədələyib. Bu gün baş verənlər isə ABŞ-nin ikinci planının həyata keçirildiyini göstərir.
Maraqlısı budur ki, ABŞ təhdidləri altında Maduro daim ictimaiyyət qarşısında olub, Amerikanın bəyanatlarını rədd edib. Hələ geridə qoyduğumuz ilin dekabr ayında o, universitetdə rəqs edərək təzyiqlərə qarşı çıxmışdı.
Lakin son məlumatlar göstərir ki, Maduronun artıq dövrü başa çatıb. "Reuters" agentliyinin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və dəniz piyadaları Karakas və ətrafında aktiv əməliyyat keçirərək lideri və həyat yoldaşını ələ keçiriblər.
Bundan sonra Venesuelanın müdafiə mərkəzi hesab edilən Fuerte Tiuna hərbi kompleksində nəzarət itirilib. Məlumatlara görə, həm yüksək rütbəli hərbçilər, həm də mülki şəxslər Karakasın cənub-qərbindəki strateji yerdən panikaya düşərək qaçmağa başlayıblar.