Bizi sosial şəbəkələrdən izləyin:
Ötən gecə Suriyanın şimal-qərbində, Hələbin Bab əl-Fərəc rayonunda terror aktı baş verib.
Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, naməlum şəxs ərazidəki keçid məntəqəsində axtarış aparılarkən özünü partladıb.
Daxili təhlükəsizlik xidmətinin bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb. Təhlükəsizliyi gücləndirmək üçün hadisə yerinə əlavə qüvvələr cəlb edilib.
Suriya mətbuatının məlumatına görə, hücum edən şəxs şəhərdəki kilsəyə yaxınlaşaraq, ora hücum etmək istəyib. Kişinin şübhəli davranışını müşahidə edən polis onu yoxlamağa başlayıb, bundan sonra o özünü elə oradaca - nəzarət-buraxılış məntəqəsində partladıb.
Bu arada Suriya İnsan Haqlarını Müşahidə Qrupu (SOHR) hücum edən şəxsin İŞİD üzvü olduğunu bildirib.