Nyu-Yorkun müsəlman meri and içdi - FOTO/VİDEO
311
13:00, Bu gün

Nyu-Yorkun müsəlman meri and içdi - FOTO/VİDEO

Noyabrın əvvəlində keçirilən seçkidə qalib gələn Zohran Mamdani Nyu-York şəhərinin yeni meri kimi and içib.
 
"Associated Press" xəbər verir ki, mərasim Manhettendəki şəhər meriyasında bağlı qapılar arxasında baş tutub.
 
Məlumata görə, Mamdani Nyu-Yorkun ilk müsəlman meri olub və tədbirdə Qurana and içib.
 
Qeyd edək ki, mer seçkisi ötən il noyabrın 4-də keçirilib. ABŞ Prezidenti Donald Tramp seçiciləri müstəqil namizəd Endryu Kuomoya səs verməyə çağırıb. Trampın kommunist hesab etdiyi Mamdani "demokrat-sosialist" kimi tanınır.

Link kopyalandı!
Son xəbərlər