Bakı sakinləri Yeni ili harada qarşılayacaqlar? - SORĞU
329
15:16, Bu gün

Bakı sakinləri Yeni ili harada qarşılayacaqlar? - SORĞU

Yeni il dedikdə təkcə bayram deyil, həmçinin yeni arzular, istəklər, məqsədlər, planlar nəzərdə tutulur.
 
Moderator.az xəbər verir ki, Oxu.az paytaxt sakinləri arasında sorğu keçirib. Onlara "2026-cı ili harada qarşılayacaqsınız?", "2025-ci il nə ilə yadda qaldı?", həmçinin "Növbəti ildən gözləntiləriniz nələrdir?" deyə suallar ünvanladıq. Cavablar və gözləntilər müxtəlif oldu.
Kimisi ailə ilə evdə sakit qeyd etməyi, kimisi isə dostları ilə şəhər mərkəzində olmağı planlaşdırır. Geridə qalan 2025-ci il bir çoxları üçün həm çətinliklər, həm də şəxsi uğurlarla yadda qalıb. İnsanlar daha çox sabitlik və təhlükəsizlik axtarışında olduqlarını vurğulayırlar. Eyni zamanda, 2025-i bir çoxları özləri üçün dərslərlə dolu bir il kimi xatırlayırlar.
 
Qarşıdan gələn 2026-cı ildən gözləntilər isə nikbindir. Paytaxt sakinləri yeni ildən daha çox rifah, sağlamlıq və sülh gözlədiklərini deyirlər. Bəziləri 2026-nı yeni başlanğıclar ili kimi dəyərləndirirlər. Ümumilikdə, sakinlər yeni ilə ümidlə baxır və daha yaxşı gələcəyə inanmaq istəyirlər.
 
P.S. Bəzi vətəndaşlar ad və soyadlarının açıqlanmasını istəmədiklərinə görə onları "Cənab X" və "Xanım X" kimi qeyd etdik.
 
Link kopyalandı!
Son xəbərlər