Bəydən toy günü biabırçı HƏRƏKƏT: İçki şüşəsini gəlinin başına boşaltdı - VİDEO
250
14:30, Bu gün

Bəydən toy günü biabırçı HƏRƏKƏT: İçki şüşəsini gəlinin başına boşaltdı - VİDEO

Toy mərasimində baş verən qalmaqallı hadisə ictimaiyyətin sərt tənqidinə səbəb olub.
 
Moderator.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoya görə, bəy toy günü gəlinə qarşı hər kəsi təəccübləndirən və birmənalı qarşılanmayan hərəkət edib.
 
Belə ki, o, əlindəki şüşədə olan spirtli içkini gəlinin başından aşağı töküb. Bu gözlənilməz addımdan sonra gəlinin halı pisləşib, ürəyi gedərək yerə yıxılıb.
 
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Bəyin bu davranışı sosial mediada geniş müzakirələrə yol açıb, istifadəçilər tərəfindən sərt şəkildə qınanıb. Bir çoxları bunu hörmətsizlik və psixoloji zorakılıq kimi qiymətləndirib.
 
Qeyd edək ki, videonun harada və hansı ölkədə çəkildiyi barədə rəsmi məlumat yoxdur. Hadisə ilə bağlı əlavə detalların açıqlanacağı gözlənilir. /milli.az/

Link kopyalandı!
Son xəbərlər