Bizi sosial şəbəkələrdən izləyin:
Sosial şəbəkələrdə yayılan bir video qısa zamanda böyük maraq doğurub.
Moderator.az xəbər verir ki, hərbi xidmətini başa vuran gənc əsgərin ailəsinə etdiyi gözlənilməz sürpriz izləyicilərin duyğulanmasına səbəb olub.
Videoda əsgərin atasına heç bir xəbər vermədən evə gəldiyi anlar əks olunub. Ata övladını qarşısında görəndə əvvəlcə inanmaqda çətinlik çəkir,onu qucaqlayaraq kövrəlib. Ananın və digər ailə üzvlərinin reaksiyası da izləyicilərin qəlbinə toxunub.
Paylaşım qısa zamanda minlərlə baxış, bəyənmə və şərh toplayıb.
Qeyd edək ki, bu cür videolar sosial mediada tez-tez yayılır və əsgər ailələrinin yaşadığı sevinc, həsrət və qürur hisslərini bir daha gündəmə gətirir. /milli.az/