Bizi sosial şəbəkələrdən izləyin:
Perunun turistik məkanı olan Maçu-Pikçuya gedən yolda qatarların toqquşması nəticəsində bir nəfər ölüb, təxminən 40 nəfər yaralanıb.
Bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, xəsarət alanlardan təxminən 20 nəfərin vəziyyətinin nisbətən ağır olduğu bildirilib.
Xəbərdə bildirilir ki, ölən şəxs qatarlardan birinin maşinisti olub. Xəsarət alanlar arasında xarici turistlər də var.
Qəzanın səbəbləri araşdırılır.
Qeyd edək ki, Peruda Maçu-Pikçu dəmiryol xətti turistlər üçün əsas marşrutdur. Xətt təxminən 43 kilometr uzunluğundadır və Olyantaytambo yaşayış məntəqəsindən başlayır və Vilkanota çayı boyunca kanyonlar, kələ-kötür And və cəngəllik mənzərələrindən keçərək Maçu-Pikçuya qədər uzanır.