Bakıda hoteldən 23 min manat OĞURLANDI - HADİSƏ ANININ GÖRÜNTÜSÜ - FOTO/VİDEO
195
12:05, Bu gün

Bakıda hoteldən 23 min manat OĞURLANDI - HADİSƏ ANININ GÖRÜNTÜSÜ - FOTO/VİDEO

Paytaxtın Nizami rayonunda hotellərin birində oğurluq hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hoteldə gecələyən şəxsin 23 000 manatı oğurlanıb.
 
Bu barədə zərərçəkən ərazi polis orqanına məlumat verib.
 
Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlə oğurluq etməkdə şübhəli bilinən 36 yaşlı Azəmət Məmmədov, 31 yaşlı Ülvi İsgəndərov və 37 yaşlı Aqşin Eminov müəyyən edilərək saxlanılıblar. Saxlanılanların hadisə yerinə gəliş və gedişi ərazidəki kameralar vasitəsilə də lentə alınıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Link kopyalandı!
Son xəbərlər