Qarlı hava ilə bağlı respublikanın avtomobil yollarında hansı işlər görülür? - VİDEO
1015
12:15, Bu gün

Qarlı hava ilə bağlı respublikanın avtomobil yollarında hansı işlər görülür? - VİDEO

Ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, Muğanlı-İsmayıllı-Qəbələ, Bakı-Şamaxı-Yevlax, Qusar-Xudat, Quba-Qusar, Qusar-Şahdağ, Quba-Qonaqkənd, İsmayıllı-Lahıc, Şamaxı-Çuxuryurd-Nağaraxana-Dəmirçi, Şəmkir-Gədəbəy və digər respublika əhəmiyyətli avtomobil yollarında yolun hərəkət hissəsindən qarın təmizlənməsi və buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər fasiləsiz şəkildə həyata keçirilir.
 
Xüsusilə gecə boyu və səhər saatlarında qarın intensiv yağdığı, eləcə də buzlaşmanın yarandığı dağlıq və dağətəyi ərazilərə xüsusi texnikalar - qar təmizləyən maşınlar, duz-qum səpən avadanlıqlar, eləcə də kifayət qədər canlı qüvvə cəlb olunub. Görülən tədbirlər nəticəsində sözügedən istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib, yolların bağlanmasının qarşısı alınıb.
Link kopyalandı!
Son xəbərlər