Xalq artisti:
967
11:26, Bu gün

Xalq artisti: "Bəzi hallarda kişi yolunu azmağa başlayır, qadın isə göz yumur" - VİDEO

"Bəzən kişilər ailə quranda məsələyə ciddi yanaşmırlar. Bəzi hallarda kişi yolunu azmağa başlayır, qadın isə göz yumur".
 
Moderator.az xəbər verir ki, bu fikirləri "Qafqazinfo"ya müsahibəsi zamanı Xalq artisti Təranə Muradova deyib.
 
Həmin müsahibədən maraqlı məqamları təqdim edirik:
 
- Sevgi ilə ailə qurmusunuz və həyat yoldaşınızla aranızda böyük yaş fərqi olub. Maraqlıdır, bu fərq özünü münasibətinizdə büruzə verirdi?
 
- Yox, mən çox xoşbəxt bir xanımam. Yaş fərqi mənim üçün heç vaxt problem olmayıb. Mən hər zaman deyirdim ki, həyat yoldaşım mənim dostum idi, sirdaşım idi, sevdiyim insan idi. Mən özümü çox şanslı sayıram ki, 38 il yanımda məhz o insan olub.
 
Bəli, çətinliklər də oldu. Anam istəmirdi ki, biz evlənək, düşünürdü ki, böyük yaş fərqi illər sonra problem yaradacaq. Amma yaratmadı. O, əsl kişi idi. Mən də əsl Azərbaycan xanımıyam. Hər zaman çalışmışam ki, həyatıma, ailəmə və öz mənliyimə sahib çıxım.
 
- Elə bil o illərin sevgisi də qalmayıb…
 
- Əslində hər şey evdə xanımdan asılıdır. Amma təəssüf ki, bəzən kişilər ailə quranda məsələyə ciddi yanaşmırlar. Bəzi hallarda kişi yolunu azmağa başlayır, qadın isə göz yumur… Mən özüm bəzən susurdum, bəzən sözümü deyirdim. Amma hər zaman çalışırdım ki, ailəm dağılmasın. İstərdim ki, xanımlar bunu başa düşsünlər, ya addımı atmazdan əvvəl yaxşı düşünmək lazımdır, ya da artıq addımı atmısansa, ailəni qorumağı bacarmalısan.
 
Əgər kişi istəmir, ciddiyə almırsa, xanım nə etsin? Bu, ikitərəfli sualdır. Təəssüf ki, bu gün gənclər evlənməyə ciddi yanaşmırlar. Elə tələsik ailə qururlar, bir ildən sonra da boşanırlar. Yenə evlənirlər, yenə bir ildən sonra ayrılırlar. Bu da, məncə, çox vaxt ailədən gələn tərbiyə və yanaşmadan asılı olur.
Link kopyalandı!
Son xəbərlər