Astara Gömrük İdarəsində 148 kiloqramdan artıq narkotik vasitə aşkarlandı  - FOTO/VİDEO
872
08:47, Bu gün

Astara Gömrük İdarəsində 148 kiloqramdan artıq narkotik vasitə aşkarlandı  - FOTO/VİDEO

Astara Gömrük İdarəsində 148 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
 
Bildirilib ki, narkotik vasitə ölkəmizdən tranzit keçməklə İrandan Rusiyaya "kərəviz və kahı" yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.
 
"Stasionar rentgen qurğusunda baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması həyata keçirilib.
 
Nəqliyyat vasitəsindəki 2 paletdə gömrük nəzarətindən gizlədilən, xalis təmiz çəkisi 58 kiloqram 610 qram narkotik vasitə həşiş və 89 kiloqram 705 qram narkotik vasitə-marixuana aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır", - məlumatda qeyd olunub.
 

Link kopyalandı!
Son xəbərlər