Azərbaycanda xarici vətəndaşlara tibbi yardım necə göstərilməlidir? - VİDEO
196
08:31, Bu gün

Azərbaycanda xarici vətəndaşlara tibbi yardım necə göstərilməlidir? - VİDEO

Son günlər sosial şəbəkələrdə gedən müzakirələr ictimai marağa səbəb olub. İddialara görə, Azərbaycana səfər edən əcnəbi vətəndaşlar səhhətlərində problem yarandıqda tibb müəssisələrinə qəbulda çətinliklərlə qarşılaşırlar. Səbəb kimi onların Azərbaycan vətəndaşı olmaması göstərilir ki, bu da cəmiyyətdə ciddi suallar doğurur.
 
Bəs ölkə ərazisində olan xarici vətəndaşlara, xüsusilə də uşaqlara tibbi yardım hansı qaydada göstərilməlidir? İlkin tibbi yardım sənəd tələbi ilə məhdudlaşdırıla bilərmi?
 
Həkim Adil Qeybulla mövzu ilə bağlı açıqlama verib:
 
"Azərbaycana gələn turistlər müəyyən bir paket - icbari tibbi sığorta paketi və ya digər sığorta növləri çərçivəsində xidmət almaq üçün sığorta olunmalıdırlar. Bizdə icbari tibbi sığorta tətbiq olunana qədər bu xidmətlər ödənişli əsaslarla həyata keçirilirdi. İndi isə icbari tibbi sığorta sistemi mövcuddur. Xidmətlər bu zərfə daxil edilir və hansı şirkət sığorta edibsə, xərcləri də həmin şirkət ödəyir".
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
Link kopyalandı!
Son xəbərlər