İtkin düşən şəxsin qətlə yetirildiyi məlum oldu: Meyiti basdıraraq üstündə it damı tikiblər
911
08:20, Bu gün

İtkin düşən şəxsin qətlə yetirildiyi məlum oldu: Meyiti basdıraraq üstündə it damı tikiblər

Xaçmaz rayonunun Qusarçay kəndində itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.
 
Baku TV-nin çəkiliş qrupu hadisənin təfərrüatını araşdırmaq üçün əraziyə yollanıb.
 
Qətlə yetirilən Əmirəddin Əkbərovun qonşusu Ruslan İsmayılovun sözlərinə görə, cinayəti törədən şəxs izləri gizlətmək məqsədilə meyiti basdırdığı yerin üzərində it damı tikib.
 
Onun bildirdiyinə görə, Əmirəddin Əkbərov yaşadığı evdə güllələndikdən sonra həyətdə, çəpərin dibində basdırılıb və üstü ört-basdır edilib. Hadisədən sonra polis əməkdaşları əraziyə gələrək cinayətkarın göstərdiyi yerdə axtarış aparıblar.
 
Qonşunun sözlərinə görə, mərhumun ailə problemləri olub, boşanıb və aliment borcu var idi. Cinayəti törədən şəxs isə ətrafdakılara onun alimentdən yayınaraq qaçdığını deyərək şübhələri yayındırmağa çalışıb. Bildirilib ki, Əmirəddin Əkbərovun təxminən 30 min manata yaxın aliment borcu olub və üç övladı olduğuna görə onun tapılması tələb edilib.
 
Qonşuların dediyinə görə, cinayəti törədən şəxs daha əvvəl iki dəfə qətldə ittiham olunaraq həbs edilib. Onların iddiasına əsasən, bu, onun üçüncü cinayətidir. Məlumata görə, o, əslən Qubadlı rayonundandır.
 
Digər qonşu Gülbaba İsmayılov isə bildirib ki, cinayəti törədən şəxs kənddə kirayə yaşayırmış və özünü müxtəlif vaxtlarda laçınlı kimi təqdim edib.
Link kopyalandı!
Son xəbərlər