235
15:12, Bu gün

"Haber Global": "Aktau faciəsindən bir il keçdi - Azərbaycan diplomatik gücünü göstərdi"

"Qazaxıstanda AZAL (Azərbaycan Hava Yolları) sərnişin təyyarəsinin qəzaya uğramasından bir il ötür.
 
25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Bakıdan havaya qalxaraq, Rusiyanın Qroznı şəhərinə doğru hərəkət edirdi. Lakin təyyarə Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən hədəf alındı və Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı".
 
Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" "YouTube" kanalının hazırladığı videosüjetdə deyilir.
 
"Pilotların və bort heyətinin yüksək peşəkarlığı, cəsarəti və fədakarlığı sayəsində 29 nəfərin həyatı xilas edilib, 38 nəfər isə həyatını itirib. Hadisə zamanı Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin qeyri-rəsmi sammitinə gedən Azərbaycan Prezidenti İlham Əliyev proqramını yarımçıq qoyaraq ölkəsinə qayıdıb. İlham Əliyev qəzanın səbəblərinin araşdırılması və təcili tədbirlərin görülməsi üçün göstəriş verib və onun qərarı ilə Azərbaycanda milli matəm günü elan edilib.
 
İstintaqın ilkin nəticələrinə görə, AZAL təyyarəsi Qroznıya yaxınlaşdığı zaman Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Uçuş zamanı Rusiya hava hücumundan müdafiə sistemləri Qroznı üzərindəki Ukrayna PUA-larını zərərsizləşdirməyə çalışırmış. Lakin "Pantsir-S" sistemindən atılan raket PUA əvəzinə sərnişin təyyarəsini hədəf alıb. Təyyarənin yaxınlığında partlayan qəlpə parçaları gövdəyə ciddi ziyan vurub. Pilotların təcili eniş tələbinə baxmayaraq, Rusiya hava limanlarında eniş etməyə icazə verilməyib, bunun əvəzinə heyətə Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhərinə istiqamət götürmələri təlimatı verilib. Həmçinin təyyarənin GPS naviqasiya sisteminin uçuş boyu bloklandığı da məlum olub. Hadisədən sonra Azərbaycan tələblərini Rusiyaya açıq şəkildə çatdırıb.
 
Prezident İlham Əliyevin spekulyasiyadan uzaq, yalnız faktlara əsaslanan qətiyyətli mövqeyi bir daha Azərbaycanın beynəlxalq arenada diplomatik gücünü nümayiş etdirib.
 
Bu proses zamanı Moskvanın manevr imkanları daralıb və Rusiya öz səhvini etiraf edib", - deyə materialda bildirilir.
 
Daha ətraflı videosüjetdə:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər