Türkiyədə əməliyyat: Narkotikin gizlədildiyi yer heyrətləndirdi - VİDEO
292
14:33, Bu gün

Türkiyədə əməliyyat: Narkotikin gizlədildiyi yer heyrətləndirdi - VİDEO

Türkiyənin Siirt bölgəsində keçirilən əməliyyat zamanı xırda mal-qaranın qarın boşluqlarında gizlədilmiş metamfetamin narkotik maddəsi aşkarlanaraq müsadirə edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" hesabında məlumat verib.
 
"Vətəndaşlarımın bilməsini istəyirəm ki, hansı üsuldan istifadə etsələr də, zəhər tacirləri ilə mübarizəmiz amansız şəkildə davam edir", - deyə o bildirib.
 
Ali Yerlikaya, həmçinin əməliyyatla bağlı detalları da açıqlayıb.
 
"Siirt və Hakkari Narkotik Cinayətkarlıqla Mübarizə İdarələri və Hakkari Kəşfiyyat İdarəsinin qrupları tərəfindən aparılan koordinasiyalı əməliyyat zamanı Siirtin Baykan rayonunda saxlanılan bir yük maşınının qoşqusunda bəzi xırdabuynuzlu heyvanların qarın boşluqlarının yan hissəsində şübhəli tikiş izləri aşkar edilib. Diqqətli araşdırmalar nəticəsində 29 xırdabuynuzlu heyvanın qarın boşluqlarının içində professional şəkildə gizlədilmiş 54.6 kiloqram metamfetamin narkotik maddəsi ələ keçirilib", - deyə nazir qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər