Göyçayda yanğın: Dörd ailənin evi külə döndü - VİDEO
442
08:32, Bu gün

Göyçayda yanğın: Dörd ailənin evi külə döndü - VİDEO

Göyçayda dörd ailənin yaşadığı ev yanaraq külə dönüb.
 
Hadisə dekabrın 22-si axşam saatlarında rayonun Füzuli küçəsində qeydə alınıb. Rayon sakinləri, 48 yaşlı Elnur İsmayılov və 70 yaşlı Almaz Əliyevaya məxsus dörd ailənin yaşadığı yeddiotaqlı evin dörd otağı yanıb. Üç otaq isə yanğından mühafizə olunub.
 
Yanğın nəticəsində əmlakı külə dönən ev sahibləri baş verənlərlə bağlı bunları bildiriblər:
 
"Heç nə çıxara bilmədim. Hər şey yandı, kül oldu. Qaynımgillə yaşayırdıq, iki evdir. Qazdan, işıqdan ola bilər. Mən evdə heç nəyi taxılı qoymuram. Xəsarət alan yoxdur, amma nəyim var idisə yanıb".
 
"Qonşudan yanğın bizə keçib. Heç nə çıxara bilmədik. Uşaq zəng etdi ki, ev yanır. Evdə anam, yoldaşım, uşaq olub. Pul, qızıl var idi".
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
Link kopyalandı!
Son xəbərlər