Dado boşandığı qadının evində qalır – VİDEO
1194
17:33, Bu gün

Dado boşandığı qadının evində qalır – VİDEO

Reper Dado Əliyev keçmiş həyat yoldaşı, müğənni Natavan Həbibidən danışıb. 
 
"Astar" yutub layihəsində qonaq olan ifaçı sevgilərindən, ayrılıqdan, övladından bəhs edib:
 
"Heç vaxt ikinci övlad haqqında düşünməyəcəyəm. Bütün sevgimi oğluma verirəm. Biz boşansaq da, Natavan sağ olsun. O, hər cür şərait qurur ki, uşaq bizim ayrıldığımızı hiss etməsin. Bizimki sivil ayrılıqdır. Çox ədalətli xanımdır. Gələcəyi görəndir. Ona "masson" deyirəm, gülür. Gedirəm, bir həftə, 10 gün qalıram onlarla. Gəlirəm, uşaq zəng vurur ki, ata, gəl. Son bir neçə gündür gedə bilmirəm. Məni it dişləyib, quduzluq iynəsi vurdururam. 9 gün vurulmalıdır. Natavan atasız böyüyüb. Hiss olunur ki, istəmir övladı onun çəkdiyini çəksin. Natavan anası, bacısı, bacısı qızı ilə qalır. Mənim evimdə kimsə 2 gün artıq qalırsa, qovuram. Amma orada hamı mənə dözür: bir yerdə yatırıq, dururuq, yeyirik, gəzirik. 
 
Natavanla sevgi münasibətimiz yoxdur. Biz bir-birimizə ailə kimi baxırıq. Biz dost olmuşuq. Ayrılandan sonra böyük mübahisələr oldu. Bizim güclü sevgimiz olub. Mən onu, o, məni heç kimi sevmədiyi kimi sevib. 
 
Natavandan sonra həyatıma bir qız girdi, uzunmüddətli oldu. Amma nəsə alınmadı. Bundan sonra istəmirəm kimləsə nəsə alınsın".  (Axşam.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər