Jülyet Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması ilə bağlı bəyanatları inandırıcı görünmür
326
12:19, Bu gün

Jülyet Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması ilə bağlı bəyanatları inandırıcı görünmür

"AnewZ" telekanalının "The Oligarch's Design" sənədli filmində beynəlxalq ekspertlərin Ruben Vardanyanın Troika Laundromat maliyyə şəbəkəsinin fəaliyyəti haqqında məlumatsız olması ilə bağlı bəyanatlarını şübhə altına alan fikirləri təqdim olunur.
 
Moderator.az xəbər verir ki, "The Guardian" qəzetinin Avropa maliyyə məsələləri üzrə redaktoru Jülyet Qarsayd filmin yaradıcılarına bildirib ki, Ruben Vardanyan öz müştərilərini tanıdığını, lakin Troika şirkətlərinin dələduzluq sxemləri ilə əlaqəli vəsaitlər aldığından xəbərsiz olduğunda israr edirdi.
 
"Onun tamamilə məlumatsız olmasına dair bəyanatları inandırıcı deyil, çünki belə əməliyyatlar ya onun xəbəri olmadan baş verib, ya da o, bundan məlumatlı olub. Bununla yanaşı, onun öz şəxsi vəsaitlərinin bir hissəsi də eyni şirkətlər şəbəkəsi vasitəsilə keçib", - Qarsayd qeyd edib.
 
Onun sözlərinə görə, Maqnitski işində adı keçən vəsaitlər məhz bu şirkətlər vasitəsilə köçürülüb.
 
Öz növbəsində, Sergey Maqnitskinin keçmiş işəgötürəni, korrupsiyaya qarşı mübarizə və insan hüquqlarının müdafiəsi üzrə vəkil Ceymison Fayerstoun Maqnitski araşdırması ilə Troika Laundromat sxemi arasında birbaşa əlaqənin olduğunu bildirib.
 
"Sergeyin aşkar etdiyi pullar xəzinədən oğurlanıb, Rusiyadan çıxarılmaq üçün "Troika Laundromat"dan keçib və nəticədə çox nüfuzlu Rusiya məmurlarının bəzilərinin ciblərinə gedib", - Fayerstoun vurğulayıb.
 
Xatırladaq ki, "AnewZ" telekanalının jurnalist araşdırmaları silsiləsindən olan "The Oligarch's Design" sənədli filminin nümayişi dekabrın 19-da Nizami Kino Mərkəzində baş tutub.
 
Film açıq mənbələrdən əldə edilən məlumatlara və ofşor strukturlar vasitəsilə milyardlarla dolların köçürüldüyü Troika Laundromat maliyyə şəbəkəsini ifşa edən beynəlxalq araşdırmalara əsaslanır.
 
Sənədli filmin əsas süjet xətlərindən biri Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina etməsinə dair açıqlamaları, daha sonra Qarabağa köçməsi və qondarma separatçı rejimdə vəzifə tutması ilə bağlı hadisələrin xronologiyasıdır.
 
Filmdə, həmçinin "Aurora Foundation"in fəaliyyətinə də toxunulub. Dünyanın müxtəlif ölkələrindən tanınmış şəxslərin uzun illər ərzində iştirak etdiyi platformanın nümayəndələri ilə müsahibələr təqdim edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər