Vardanyanın ifşası faktlarla:
198
11:23, Bu gün

Vardanyanın ifşası faktlarla: "The Oligarch's Design" filmində nədən bəhs edilir?

Xəbər verdiyimiz kimi, Nizami Kino Mərkəzində "AnewZ" beynəlxalq telekanalı tərəfindən hazırlanan "The Oligarch's Design" adlı sənədli filmin nümayişi baş tutub.
 
Moderator.az xəbər verir ki, film Azərbaycana qarşı ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın maliyyə imkanları, siyasi təsiri və ictimai rəyin formalaşdırılmasında oynadığı rol haqqındadır.
 
Səkkiz ölkədə çəkilən və çəkilişlərinə 100-ə yaxın şəxsin cəlb edildiyi film dörd hissədən ibarətdir.
 
Filmin birinci hissəsində Vardanyanın Rusiya maliyyə sektoruna daxil olması və yüksəlməsindən bəhs edilir. Müsahiblər bunun üçün Vardanyanın Rusiya hakimiyyətinə yaxınlığı və məhz bundan sonra maliyyə imkanlarını necə arıtmasını izah edirlər. Həmçinin Rusiyanın keçmiş ən böyük investisiya bankı olan "Troika laundromat" şəbəkəsi vasitəsilə çirkli pulların yuyulmasına diqqət çəkilir. Qeyd edilir ki, həmin şirkətdə qanuni və qeyri-qanuni mənbələrdən əldə edilən pullar bir-biri ilə qarışır, sonra isə digər tərəfdən çıxır. Nəticədə pulun haradan gəldiyi bilinmir və "təmizlənir".
 
Filmin ikinci hissəsində isə Vardanyanın bu əməllərini ört-basdır etməsi üçün xeyriyyəçilikdən və incəsənətdən istifadə etməsi qeyd edilir. Vurğulanır ki, rus oliqarxları Qərb elitasına çıxış yolu tapmaq üçün məhz xeyriyyəçilikdən və incəsənətdən istifadə edirlər. Lakin Ruben hətta "xeyriyyəçiliyi" belə sadə insanlardan öz fondları üçün topladığı ianələr vasitəsilə həyata keçirib, insanların xəbəri olmadan onların imzalarından istifadə edərək adlarına yeni şəbəkələr yaradıb və maliyyə imkanlarını artırıb.
 
Filmin üçüncü hissəsində isə Vardanyanın Rusiya-Ukrayna müharibəsindəki roluna toxunulur. Qeyd edilir ki, onun ən böyük "xeyriyyəçiliyi" Rusiya-Ukrayna müharibəsini Moskvanın lehinə maliyyələşdirməsi olub.
 
Filmin sonuncu - dördüncü hissəsində Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gəlməsindən bəhs edilir. Lakin onun Rusiya vətəndaşlığından imtina etmədiyi, əksinə, Kreml tərəfindən Qarabağa göndərildiyi qeyd edilir. Burada isə məqsəd onun Qarabağda uğur qazanandan sonra Ermənistan hakimiyyəti üçün də yaradacağı təhlükə olub. Lakin Vardanyanın planları alt-üst olub və o, 2023-cü ilin sentyabrında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər