Hindistanda qatar fil sürüsü ilə toqquşdu - FOTO/VİDEO
257
10:58, Bu gün

Hindistanda qatar fil sürüsü ilə toqquşdu - FOTO/VİDEO

Hindistanın şərqində sərnişin qatarının fil sürüsünə çırpılması nəticəsində səkkiz heyvan ölüb.
 
Bu barədə PTI məlumat yayıb.
 
Hadisə gecə saatlarında ölkənin şərqindəki Assam ştatında baş verib.
 
Sayranqdan Yeni Delhiyə gedən "Rajdhani Ekspress" qatarı fil sürüsünə çırpılıb. Nəticədə beş vaqon və lokomotiv relsdən çıxıb. Sərnişinlər arasında xəsarət alan olmayıb.
 
Relslər zədələndiyi üçün qatarların istiqaməti dəyişdirilib, bərpa işləri aparılır.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər