Bizi sosial şəbəkələrdən izləyin:
Tanınmış bədii qiraətçi, Əməkdar müəllim Nadir Hüseynov paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsində avtomobili idarə edərkən qəfil ürək çatışmazlığı keçirib və idarəetməni itirib. Nəticədə, avtomobil dayanacağa çırpılıb. Nadir Hüseynov hadisə yerində həlak olub.
Qəza zamanı dayanacaqda olan bir qadın ciddi xəsarət alıb.
"Sükan arxasında olarkən ürəyi dayanıb, gəlib qadını vurdu. Qadının vəziyyəti ağır idi. Kişi ola bilsin ki, əsəbiləşib, infarkt keçirib", - hadisə şahidi bildirib.
Bəs sürücü qəza zamanı vəfat edərsə, dəymiş ziyan kim tərəfindən ödənilməlidir?
Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, qanunvericiliyə əsasən, təqsirkar şəxsin ölümü onun vurduğu zərərin ödənilməsi öhdəliyini aradan qaldırmır:
"İlk növbədə, vurulmuş zərər təqsirkar şəxsin əmlakı hesabına ödənilməlidir. Eyni zamanda, təqsirkar şəxsin əməli nəticəsində zərərçəkmiş şəxs onun mirasını qəbul etmiş vərəsələrinə qarşı iddia tələbi ilə çıxış edə bilər".
Daha ətraflı Baku TV-nin süjetində: