Rəşid Behbudovun 110 illiyinə həsr olunan
921
18 Dec 2025 | 15:42

Rəşid Behbudovun 110 illiyinə həsr olunan "Səsin rəngi" sərgisi açılıb - VİDEO

Milli İncəsənət Muzeyində əvəzolunmaz səsi və mahnıları ilə Azərbaycan musiqisini dünyaya tanıdan ölməz sənətkar Rəşid Behbudovun 110 illiyinə həsr olunan "Səsin rəngi" sərgisinin açılışı olub.
 
Mədəniyyət Nazirliyi, Milli İncəsənət Muzeyi, Rəşid Behbudov Fondunun təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilən sərgidə muzey, Dövlət Rəsm Qalereyası və R.Behbudovun şəxsi kolleksiyasından seçilmiş sənət nümunələri yer alıb.
 
"Burada Rəşid Behbudovun əşyaları, əlyazmaları, eləcə də Moskvada xəstəxanada olarkən yazdığı son məktubu sərgilənir", - deyə Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova sərgi barədə danışarkən söyləyib.
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər