Bizi sosial şəbəkələrdən izləyin:
Paytaxtın Yasamal rayonu, Zahid Xəlilov, 107 ünvanında 2010-2011-ci illərdə tikilən 15 mərtəbəli binalara daha bir mərtəbə əlavə olunub.
Sakinlər belə bir vəziyyətin təhlükəli olduğunu hesab edirlər.
"15 mərtəbəli kimi ekspertizadan keçmiş binadır. Ekspertizadan keçən binanın üstündə əlavə nəsə yükləmək qeyri-qanunidir. Aparılan tikili peşəkar işçilər tərəfindən görülməyib. Başımızın üstündə təhlükə var", - sakinlərdən biri narazılığını dilə gətirib. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qurumun əməkdaşları tərəfindən binaya baxış keçirilib:
"Baxış zamanı binaların üzərində mövcud olan texniki sahələrin böyüdülərək mənzil kimi istismar olunduğu müəyyən edilib. Binaların üzərində aparılmış əlavə tikinti-quraşdırma işləri ilə bağlı aidiyyəti qurumlara məktub ünvanlanıb. Mənzil Məcəlləsinin 123.04-cü maddəsinə əsasən, istismarda olan çoxmərtəbəli binalarda ümumi əmlakın lazımi texniki vəziyyətinin təmin edilməsi binanın idarəedici təşkilatının səlahiyyətlərinə aiddir".
Daha ətraflı Baku TV-nin videomaterialında: