Dünyada elektromobillərə tələbatın artdığı bir vaxtda Azərbaycanda niyə azalıb? - VİDEO
379
08:27, Bu gün

Dünyada elektromobillərə tələbatın artdığı bir vaxtda Azərbaycanda niyə azalıb? - VİDEO

Dünyada elektromobillərin alışı artır, Azərbaycanda isə əksinə - hər keçən gün azalır.
 
Moderator.az "Xəzər TV"yə istinadən xəbər verir ki, yanvar-oktyabr aylarında Avropa İttifaqında yeni qeydiyyata alınan avtomobillərin 16.4 faizini elektrik mühərrikli avtomobillər təşkil edib. Bu rəqəm ötən ilin eyni dövründəki göstəricidən 13.2 faiz çoxdur. Amma Azərbaycanda göstəricilər azalma istiqamətindədir. Belə ki, ölkəmizə bu ilin 10 ayı ərzində 1 732 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 50 faiz və 33.2 faiz azalma deməkdir.
 
Avtomobil ustası Sahil Ağabəyli hesab edir ki, istehsalçıların vəd etdiyi kilometrajla real istifadə arasındakı fərq elektromobillərə marağı azaldan başlıca səbəblərdən biridir.
 
Usta deyir ki, soyuq havada kilometraj ümumiyyətlə çox az olur.
 
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı isə bildirir ki, ölkəmizdə hazırda 3-5 min civarında elektromobil var. Ekspert əlavə edib ki, əgər həmin növ nəqliyyat üçün lazımi səviyyədə infrastruktur olsaydı, maraq azalmazdı.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Link kopyalandı!
Son xəbərlər