Bizi sosial şəbəkələrdən izləyin:
“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın “Ruhinin mətbəxi” adlı layihəsinin növbəti buraxılışı yayımlanıb.
Verilişin qonağı Əməkdar artist Dilarə Əliyeva olub.
Aktrisa mərhum həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevdən və qayınanası - Xalq artisti Elmira İsmayılovadan danışıb:
“Yemək bişirməyi qayınanamdan öyrənmişəm. Borş, sous, şilə plov, səbzi qovurmalı aş, püre, peraşki, kartof qızartmasına qədər, hər şeyi ondan öyrənmişəm. Biz 14 il qayınanamla birgə yaşamışıq, 18 yaşımda ailə qurmuşdum. O necə edirsə, elə öyrənirdim. Hətta Oqtay da başqa adam yemək bişirəndə xoşlamırdı, mən bişirəndə yeyirdi. Çünki onun anası kimi yemək bişirirdim”.