195
15:08, Bu gün

"Haber Global": "Azərbaycanın memarı Heydər Əliyev vəfatının 22-ci ildönümündə hörmət və minnətdarlıqla yad edilir"

"Ölkəsində sabitliyə və iqtisadi inkişafa qapılar açan Heydər Əliyev 80 illik ömrünü xalqına həsr edərək, Azərbaycan üçün xilaskar rolunu öz üzərinə götürdü".
 
Bu barədə "Haber Global" "YouTube" kanalının Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə yayımladığı videosüjetdə bəhs edilir.
 
"Onu ehtiramla yad edən Azərbaycan xalqı Qarabağ zəfəri vəsiyyətini yerinə yetirməyin qürurunu yaşayır", - deyə materialda qeyd edilib.
 
"Heydər Əliyev ölkənin sərvətini doğru istiqamətə yönəltdi, əlindəki neft silahından məharətlə istifadə etdi. Heydər Əliyev dünyanın nəhəng neft şirkətləri ilə "Əsrin müqaviləsi"ni imzalamaqla qeyri-mümkün olana nail oldu. O, ölkəyə xarici investorları cəlb etməyə müvəffəq oldu. Heydər Əliyev neft gəlirlərinin böyük hissəsini orduya yönəltdi, özü də tez-tez cəbhə bölgələrinə baş çəkərək, problemləri birbaşa yerində həll edərdi. Əlbəttə ki, strategiya uzunmüddətli idi. Bütün bunlar bir gün Azərbaycanı Qarabağa aparacaqdı. Lakin ömrü yetmədi. Heydər Əliyev 12 dekabr 2003-cü ildə ABŞ-nin Klivlend Klinikasında 80 yaşında həyata gözlərini yumdu. O, geridə sürətlə inkişaf etməkdə olan dövlət və yarımçıq qalmış işlərini başa çatdıracaq, qurduğu strategiyanı davam etdirəcək gənc bir siyasətçi qoyub getdi.
 
Heydər Əliyevin bir vəsiyyəti var idi - Qarabağ, xüsusən də Şuşa işğaldan azad edilməli idi. İlham Əliyev atasının yolunu davam etdirdi, illərlə qələbəyə hazırlaşdı. Qarabağ Heydər Əliyevin ölümündən 17 il sonra işğaldan azad edildi", - deyə materialda bildirilir.
 
Daha ətraflı videosüjetdə:
Link kopyalandı!
Son xəbərlər