Xaçmaz şəhər sakini:
324
14:37, Bu gün

Xaçmaz şəhər sakini: "Ulu öndərin cəbhə xəttinə gəlməsindən heç kimin xəbəri olmayıb" - VİDEO

Xaçmaz şəhər sakini Sabir Məmmədov Birinci Qarabağ müharibəsi başlayan zaman cəbhəyə yollanaraq Vətənin müdafiəsində yaxından iştirak edib.
 
Ön cəbhədə beş il xidmət göstərib. 1994-cü ilin aprel ayında Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı səngərdə ulu öndərlə görüşüb. Həmin görüş və o gündən xatirə qalan bir foto isə Sabir Məmmədovun həyatının ən unudulmaz səhifəsinə çevrilib.
 
O qeyd edib ki, ulu öndərin cəbhə xəttinə gəlməsindən heç kimin xəbəri olmayıb.
 
"Oradakı əsgərlər inanmırdılar ki, Ali Baş Komandan səngərə gələ bilər. Çünki cəbhədə hər dəqiqə ölüm təhlükəsi var idi. O isə əsgərlər arasında böyük ruh yüksəkliyi yaratdı. Məndən baş leytenant rütbəsini nə vaxt aldığımı soruşdu. Cavab verəndən sonra müdafiə nazirinə baxdı. Görüşdən bir neçə gün sonra isə mənə kapitan rütbəsi verildi", - deyə S.Məmmədov sözlərinə əlavə edib.
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
Link kopyalandı!
Son xəbərlər