Bakıda siçovullar yasayış binasına girir, maşınlara zərər vurur - VİDEO
252
11:27, Bu gün

Bakıda siçovullar yasayış binasına girir, maşınlara zərər vurur - VİDEO

Bakının Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanında yerləşən binaya siçovullar daraşıb.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, siçovullar avtomobillərin su və yanacaq borusunu gəmirərək yararsız hala salıb.
 
Burdakı yaşayış binasında yaşayan sakinlər 2 aydır ki, siçovullarla mübarizə apardıqlarını deyirlər.
 
Sakinlərin sözlərinə görə, binanın ətrafına məişət tullantıları atıldığı üçün siçovullar burada məskən salıb.
 
Daha ətraflı videomaterialda:
Link kopyalandı!
Son xəbərlər