Bizi sosial şəbəkələrdən izləyin:
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 11-ci döngədə ötən günlərdə yağan yağışdan sonra baş verən subasma sakinləri çətin vəziyyətdə qoyub.
Sakinlər deyirlər ki, evləri suyun içində qalıb və aidiyyəti qurumlar problemin aradan qaldırılması üçün tədbir görmür. Vətəndaşlar iddia edirlər ki, sözügedən ərazidə qonşulardan biri yolu bağlayaraq, suyun kanalizasiya sisteminə ötürülməsinə çətinlik yaradır.
"Qonşu yolu bağlayıb deyir ki, buranın yiyəsi mənəm, heç kimdən qorxmuram. Suyun qabağını kəsib deyə başqalarının evinə dolur. Kanalizasiyanın da suyu daşımağa gücü çatmır", - deyə sakin narazılığını bildirib.
Daha ətraflı Baku TV-nin süjetində: