Gürcü politoloq:
127
12:15, Bu gün

Gürcü politoloq: "BBC hazırladığı filmlə Gürcüstanda qarışıqlıq yaratmağa çalışır" - VİDEO

"BBC hazırladığı filmlə Gürcüstanda qarışıqlıq yaratmağa və ölkədə etiraz dalağalarını gücləndirməyə çalışır".
 
Bu sözləri Baku TV-yə açıqlamalarında gürcü politoloqlar BBC telekanalının Gürcüstandakı etirazlar barədə hazırladığı ekran əsərini şərh edərkən bildiriblər.
 
Ekspertlər bunun ölkədə müxalifətə dəstək məqsədi daşıdığını və yenidən etirazların başlamasına təkan vermək üçün olduğunu vurğulayıblar.
 
"BBC-nin hazırladığı film jurnalistika standartlarından çox uzaqlardadır. İlk növbədə, orada yalnız bir tərəfin mövqesi yer alıb. Hakim partiya tərəfindən onların bütün suallarına cavab verildiyi halda, bu barədə, ümumiyyətlə, heç nə yoxdur və ya olduqca azdır. Jurnalistikanın qızıl qaydası isə tərəflər arasında balansı qorumaqdır. Filmin yayımlanma tarixi də maraqlıdır. Faktiki olaraq müxalifət bütün resurslarını tükədib. Aksiyalarda da demək olar ki, iştirakçılar yox səviyyəsinə enib. Düşünürəm ki, əlavə stimula ehtiyac var idi və məhz BBC də bu stimulu verməyə çalışır. Bununla ölkədə yenidən qarışıqlıqlar yaradıb etiraz dalğalarını gücləndirməyə çalışırlar. Lakin cəhdlərinə baxmayaraq, onlar məqsədlərinə çata bilmədilər", - deyə politoloq Zaal Anjaparidze qeyd edib.
 
Politoloq Badri Naçkebia isə filmdə yer alan Gürcüstan Daxili İşlər Nazirliyinin etirazçılara qarşı kimyəvi maddələrdən istifadə etməsi ittihamına münasibət bildirib. O bununla Gürcüstanın hazırkı hakimiyyətinin heç bir əlaqəsinin olmadığını söyləyib:
 
"Kimyəvi zəhərləyici maddənin istifadə edilməsi ilə bağlı yayılan məlumatlar təəssüf doğurur. Bəzi iddialara görə, bu maddə əvvəlki Mixeil Saakaşvili hakimiyyəti dönəmində daxili işlər naziri Vano Merabişvili tərəfindən alınıb. Daha sonra onun istifadə edilib-edilməməsi isə bəlli deyil. Belə olan halda, hazırkı hakimiyyətə qarşı bundan istifadə edib günahlandırmaq və cəmiyyətdə çaşqınlıq yaratmaq yalan ittihamlardan başqa bir şey deyil. Bu baxımdan düşünürəm ki, davam edən araşdırmaların nəticəsində hər şey tam bəlli olacaq və yalan məlumat yayanlar buna görə cavab verməli olacaqlar".
 
Daha ətraflı videomaterialda:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər