Üç aydır küçədə yaşayan qadın:
570
08:22, Bu gün

Üç aydır küçədə yaşayan qadın: "Həyat yoldaşım və bacım evin açarını əlimdən alıblar"

Bəzən binaların söhbətgahlarında, bəzən isə zirzəmilərində yaşayır…
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, 50 yaşlı qadın paytaxtın Suraxanı rayonunun Köhnə Günəşli qəsəbəsində, İnqilab İsmayılov küçəsində müvəqqəti sığınacaq tapıb.
 
Ətrafdakı sakinlər onun kimsəsiz olduğunu və artıq üç aydır küçədə qaldığını bildiriblər.
 
Telekanal əməkdaşları məsələnin mahiyyətini öyrənmək üçün həmin ünvana yollanıblar.
 
50 yaşlı Rəna Məmmədova fikrini dolğun şəkildə ifadə etməkdə çətinlik çəksə də, onun dediklərindən belə anlaşıldı ki, həyat yoldaşı və bacısı evinin açarını əlindən alıb və onu üç aydır evə buraxmırlar.
 
Müsahibin sözlərinə görə, əvvəllər ailəsi ilə hər hansı problemi olmayıb. Lakin yaranmış problemin səbəblərindən danışsa da, təfərrüatı açıqlamaq istəmir.
 
Üç aydır parklarda gecələyən Rəna Məmmədovaya ərazidə yaşayan sakinlər imkanları daxilində kömək edirlər.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər