Nərimanovda səs-küy salan obyektlər cərimələndi - VİDEO
747
10 Dec 2025 | 15:56

Nərimanovda səs-küy salan obyektlər cərimələndi - VİDEO

Polis Nərimanov rayonunda məişət səs-küyü normalarına əməl etməyən obyektlərdə profilaktik tədbirlər keçirib.
 
Moderatpr.az xəbər verir ki, polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı paytaxt sakinlərindən daxil olan çoxsaylı şikayətlər əsasında nəzarət-profilaktik tədbirlər davam etdirilir. Bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən gecə saatlarında rayon ərazisində müxtəlif ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərinə baxış keçirilib.
 
Nəticədə bir neçə restoranın saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini kobud surətdə pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqinin yayımı dayandırılıb, obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb.
 
Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib. Bu cür halların təkrarlanacağı təqdirdə daha sərt tədbirlərin görüləcəyi də onların diqqətinə çatdırılıb. Qeyd edək ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində məişət səs-küyü ilə bağlı nəzarət-profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər