Azad
110
15:30, Bu gün

Azad "Qızım" mahnısını təqdim etdi - VİDEO

Azad Şabanov ilk dəfə may ayında Heydər Əliyev Sarayında baş tutan "Bir Əsər" adlı konsertində səsləndirdiyi "Qızım" mahnısını dinləyicilərə təqdim edib.
 
Moderator.az xəbər verir ki, sənətçi bu mahnının illər öncə Sofiya adlı bir qıza yazıldığını bildirib.
 
Mahnının sözləri və musiqisi İsmayıl Əsədova məxsusdur.
 
Səhnədə Azad, "Oyuq" Uşaq Teatrının istedadlı aktyorları və Əməkdar artist Həcər Ağayeva yer alıb. Onlar həmin əsəri yaradıcı şəkildə səhnələşdiriblər.
 
Sənətçinin "Qızım" mahnısını bütün musiqi platformalarında dinləyə bilərsiniz.
Qeyd edək ki, Azad mahnını ilk dəfə konsertində səsləndirərək səhnədən selektiv abortlara diqqət çəkən ilk müğənni olub.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər