329
15:22, Bu gün

"Yoldaşımın sənəti aşıq Samirənin sənətindən yüksəkdir" - VİDEO

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Afaqla onlar" verilişində qonaq olub.
 
Moderator.az xəbər verir ki, o, sərt tənqidləri ilə yenidən gündəmə gəlib.
 
Belə ki, həyat yoldaşı, aktrisa Aysel İbrahimovanın gözəl səsi olduğunu vurğulayan Hüseyn Samirənin ədalətsiz insan olduğunu deyib:
 
"Vüqar Camalzadə dəfərlə xahiş edərək, təkidlə Ayseli "Azərbaycanın səsi" verilişinə apardı. Ona dedim ki, getmə, məni dinləmədi, getmək istədi, razılaşdım. Orada Aşıq Samirə də var idi. Mən Samirəyə dedim ki, Ayselə deyəcəyəm səni seçsin. Halbuki, Ayselin sənəti Aşıq Samirənin sənətindən qat-qat yüksəkdir. Ayselin oxuduğunu Samirə heç vaxt oxuya bilməz! Mən düzgünlük tərəfdarıyam. O, Ayselə qarşı çox böyük ədalətsizlik, haqsızlıq edib. Evində çörək yediyin insana bunu etmək olmazdı. Ona görə də Samirə mənim üçün bitib, gedib. O xanım mənim üçün yoxdur".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər