Murad Dadaşovun oğlunun toyunda QADAĞA - Heç kim paylaşmadı - VİDEO
180
14:14, Bu gün

Murad Dadaşovun oğlunun toyunda QADAĞA - Heç kim paylaşmadı - VİDEO

Xəbər verdiyimiz kimi, teleaparıcı və prodüser Murad Dadaşovun oğlu Kamalın toyu dünən baş tutub.
 
Təmtəraqlı mərasimlə bağlı sosial şəbəkələrdə hələlik nə gəlin-bəyin, nə də qonaqların görüntüləri paylaşılmayıb. Bu da tədbir ətrafında marağı daha da artırıb.
 
Məlumata görə, gecədə bir-birindən tanınmış ifaçılar səhnə alıb. Tədbirdə Emin Ağalarov, məşhur reper Jah Khalib, Xalq artisti Aygün Kazımova və Gürcüstan əsilli müğənni Brendin Stoun çıxış ediblər.
 
Məclisin harada keçirildiyi və toyun digər detalları barədə əlavə məlumat isə gizli saxlanılıb. /Milli.az/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər