Yolların kənarlarındakı ağacların meyvələrini kimlər yığa bilər? - AÇIQLAMA
479
13:33, Bu gün

Yolların kənarlarındakı ağacların meyvələrini kimlər yığa bilər? - AÇIQLAMA

Bakıda yolların kənarlarında əkilmiş meyvə ağaclarının məhsulu nə sakinlər, nə də aidiyyəti qurumlar tərəfindən toplanır. Hər mövsüm xeyli meyvə yerə tökülərək çürüyür.
 
Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abdullayevin sözlərinə görə, burada əsas məsələ ağacların yerləşdiyi ərazinin kimə məxsus olduğunu müəyyənləşdirməkdir:
 
"Əgər ağaclar bələdiyyə torpaqlarındadırsa, onların yığılması və emalı bu qurumlar tərəfindən təşkil oluna bilər. Bu proses həyata keçirilirsə, sakinlər həmin ağaclardan meyvə yığa bilməzlər. Ərazi dövlətə məxsusdursa, məsuliyyət aidiyyəti dövlət təşkilatının üzərinə düşür. Əgər məhsul yığılmır və yerə tökülürsə, bu halda sakinlər meyvəni toplaya bilərlər".
 
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma İdarəsindən isə bildirilib ki, qurum yalnız dekorativ ağacların əkilməsi və qulluq işləri ilə məşğuldur. Yol kənarlarında olan meyvə ağacları isə uzun illər öncədən əkilib və sakinlər həmin ağaclardan meyvə toplaya bilərlər.
 
Daha ətraflı Baku TV-nin süjetində:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər