Kilauea vulkanında NADİR HADİSƏ - VİDEO
119
08:15, Bu gün

Kilauea vulkanında NADİR HADİSƏ - VİDEO

Havay adalarındakı Kilauea vulkanı üç lava fontanı püskürüb ki, bu da son dərəcə nadir hadisə hesab olunur.
 
Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
 
Kilauea Yer kürəsində ən aktiv vulkanlardan biri, həmçinin Havay adalarında ən böyüklərindən sayılır
 
"Üç krater fontan püskürdü. Cənub kraterinin fəvvarələrinin hündürlüyü təxminən 370 metr, şimal kraterlərinin fontanlarının hündürlüyü isə 150 metrdir", - deyə məlumatda bildirilir
 
Ekspertlər əlavə ediblər ki, cənub krateri üstün olmamışdan əvvəl təxminən eyni hündürlükdə - 150 metr olan üç fontan müşahidə olunub. Belə üçlü fəvvarə son dərəcə nadir haldır və bu püskürmə zamanı ilk dəfə müşahidə olunub.

 

Link kopyalandı!
Son xəbərlər