Boris Conson pəri qanadları ilə göründü - FOTO/VİDEO
156
08:10, Bu gün

Boris Conson pəri qanadları ilə göründü - FOTO/VİDEO

Britaniyanın 61 yaşlı keçmiş baş naziri Boris Conson və 37 yaşlı həyat yoldaşı Kerri qızları Rominin dördüncü doğum gününü qeyd etmək üçün şənlik təşkil ediblər.
 
Moderator.az xəbər verir ki, bu barədə siyasətçinin xanımı "Instagram"da paylaşım edib.
 
Şənliyin mövzusu pərilər olub. Cütlük uşaqları ilə birlikdə nağıl personajları kimi geyiniblər.
 
Boris Conson fotolarda Peter Pan nağılından Tinker Bell obrazında görüntülənib. O, şənlikdə fəal iştirak edib, uşaqları əyləndirib.
 
Qeyd edək ki, Consonlar birlikdə dörd uşaq böyüdürlər. Boris Consonun daha beş övladı var: Dördü jurnalist Marina Uilerdən, digəri isə nikahdankənar doğulub. /oxu.az/

Link kopyalandı!
Son xəbərlər